Koronavirusun dünyanı bürüməsi məşhur aktrisa və modellərin gözəllik tövsiyələrini müvəqqəti olaraq ikinci plana atıb. Bütün xəbərlər yalnız vahiməli virus fonunda bədənin güclənməsinə necə kömək edilməsindən bəhs edir. Bununla belə unutmamalıyıq ki, gözəlliyə gedən yol möhkəm immunitetdən, bir sözlə sağlamlıqdan keçir.
Foodinfo.az xəbər verir ki, dünya şöhrətli model Naomi Kempbel pandemiyaya çox ciddi yanaşdığı üçün izləyicilərini faydalı məsləhətlərlə məlumatlandırmağa qərar verib. Yeri gəlmişkən, 50 yaşlı model "New York Times"ın ən çox oxunan müəllifi Entoni Uilyamın məsləhətlərinə əməl edir. Həkimin modelə əsas göstərişi tez-tez təzə kərəviz suyu içməkdir. Həkim hətta bitkiyə kitab da həsr edib. Kərəviz suyunun xüsusiyyətləri bir sıra ciddi elmi tədqiqatlarda təsdiq olunub. Məsələn, ilk növbədə, yaşıl içki bağırsaq mikrobiyasını yaxşılaşdırır (zərərli bakteriyaları çıxarır) və bu prosesin birbaşa nəticəsi immunitetin gücləndirilməsidir. Bundan əlavə, güclü antioksidantdır. Və ən əsası güclü antiiltihabi xüsusiyyətlərə malikdir.
Amma! Bütün kərəviz suyu eyni dərəcədə sağlamlığa xidmət etmir. Yuxarıda göstərilənlərin hamısının işləməsi üçün onu düzgün içmək vacibdir.
Birinci qayda: Bütün müalicəvi faydaları tam şəkildə almaq üçün təzə kərəviz suyunu acqarına içmək vacibdir.
İkinci qayda: qəti şəkildə heç bir şey əlavə edilə bilməz. Əks təqdirdə immunitet üçün bütün fenomenal faydalarını azaldır və ya tamamilə ləğv edir. Nə limon suyu, nə alma sirkəsi, nə də başqa yaşıl maddələr, yerkökü, su və ya buz olmamalıdır. Çünki inqredient əlavə etməklə onun müalicəvi keyfiyyətlərini öldürürsünüz. (publika.az)