Orta əsrlərin əsas tibbi traktatı olan "Sopernskiy sağlamlıq kodeksində" belə bir fikir yazılıb: "Əgər bağda sürfə yetişirsə, nəyə görə insan ölməlidir?"
Sürvə bizim bildiyimiz şalfeydir.
Orta əsrlərdə loğmanların, daha sonra həkimlərin ən çox istifadə etdiyi dərman bitkisinə çevrildi.
Təəssüf ki, sürvə bizim yadımıza diş-boğaz qarqarası üçün düşür. Halbuki onun ölümdən başqa çox dərdə dərman olduğu məlumdur.
Foodinfo.az medicina.az-a istinadən şalfeyin bilmədiyiniz təsirlərini təqdim edir:
- Qastrit, mədə yaraları
- Bağırsaq koliti
- Bronxit
- Qaraciyər
- Böyrək xəstəlikləri
- Qıcolma və iflic
- Sidik saxlaya bilməmək
- Podaqra
- Bədəndən duzların qovulması
- Radikulit
- Sonsuzluq
Eləcə də ağır xəstəliklərdə çox tərləmənin qarşısını almaq üçün içilə bilər.
Çətin sağalan yaralara kompress olunur.
Dəridə seboreya, səpki, dermatit, iltihab zamanı losyonu çəkilir.
Necə hazırlamalı?
200 ml qaynar suda 1 xörək qaşığı sürvə otu əlavə edib, termosda 45 dəqiqə dəmləyin. Sonra gündə 3 dəfə yeməkdən öncə yarım stəkan olmaqla için.
2. Bir litr qırmızı şəraba 80 qr quru şalfey otu əlavə edib, qaranlıq sərin yerdə 10 gün saxlayın. Sonra süzüb, hər gün yeməkdən əvvəl 20 qram için.