Siz az miqdarda ədviyyatlı yemək yeyərək əhvalınızı yaxşılaşdıra bilərsiniz. Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Yekaterina Girenko danışıb. Mütəxəssis izah edib ki, ədviyyatlı yemək yeyərkən sevinc hormonu endorfin istehsal olunur.
Onun sözlərinə görə, bir nəzəriyyə də var ki, ədviyyatlı yeməkdən sevinc hissi qan dövranının artması və serotonin və norepinefrin ifrazı səbəbindən baş verir. Eyni zamanda Girenko xəbərdarlıq edib ki, çoxlu miqdarda ədviyyatlı yemək selikli qişanın kimyəvi yanmasına səbəb ola bilər.