Dietoloqlar qanda şəkərin səviyyəsini artıra və piylənməyə səbəb ola biləcək bitki mənşəli süddən çəkinmək barədə xəbərdar edib.
Foodinfo.az xəbər verir ki, bir çox insan onları süd zülallarına qarşı allergiya, laktoza dözümsüzlüyü və ya digər sağlamlıq problemlərinə görə seçir. Məsələn, yulaf südü tərkibindəki lif sayəsində həzmi yaxşılaşdırır, xolesterin və qan təzyiqi səviyyələrini tənzimləyir. Tərkibində B və A vitaminləri, kalsium, dəmir, maqnezium, sink və kalium var.
Lakin qanda şəkərin səviyyəsini yüksəldir. Yulaf südünün tərkibində yüksək qlükoza var. Bu da diabet inkişaf riskini artırır. Buna görə də xüsusilə şəkərli diabeti olan insanlar tərəfindən istehlak edilməməlidir.
Beləliklə, yulaf südünün müntəzəm istifadəsi zamanla artıq çəkiyə və hətta piylənməyə səbəb ola bilər.