Uzun illərdir istifadə edilən və sağlamlığa bir çox faydası olan Seylon adı ilə də tanınan yumşaq, yüngül və şirin darçın bazarda tez-tez "Çin darçını" kimi satılan, insan sağlamlığı üçün böyük təhlükə yaradan ədviyyatla qarışıq salınır.
Saxta darçın marketlərdə asanlıqla tapa biləcəyimiz bir məhsuldur. Yalançı darçının insan sağlamlığı üçün böyük təhlükə olduğunu söyləmək mümkündür. Bəs biz saxta darçınla həqiqi darçını necə ayırd edək?
Foodinfo.az bildirir ki, aldığımız darçının saxta olub olmadığını müəyyən etməyin bir çox yolu var. Əgər darçın bütün bu testlərdən keçərsə, təhlükəsiz şəkildə istehlak edilə bilər. Saxta darçınla müqayisədə əsl darçın rənginə görə daha açıq, dadı bir qədər şirin və daha ətirlidir.
Ərzaq mağazasından aldığınız darçın çubuqları çox güman ki, kassiya darçınıdır və rəngi tünd qəhvəyi, quruluşu sərt və ətrafı çox qalındır. Yalançı darçın asanlıqla qırılmır, əsl darçın isə asanlıqla qırıla bilər. Bu iki növ darçın ilk baxışdan çox oxşar görünsə də, əslində çox fərqli qoxu verirlər. Əsl darçının qoxusu bir qədər ədviyyatlı-şirin və bir qədər sitrusa bənzəyir, təzə bişmiş alma piroqunu xatırladır. Saxta darçının qoxusu çox güclüdür, qoxulayan kimi hisslərinizi zəbt edir.
Şəbnəm