Yapon alimləri öyrəniblər ki, gündəlik 600 millilitr yaşıl çay içmək yaşlı insanlarda demensiyanın inkişaf riskini azalda bilər.
Foodinfo.az bildirir ki, bəzi tədqiqatlar göstərir ki, çay və qəhvə içmək yaşlı insanlarda idrak funksiyasını yaxşılaşdırır. Məsələ burasındadır ki, bu içkilərin tərkibində neyroprotektiv təsir göstərən kofein, polifenollar və müxtəlif vitaminlər var. Bununla belə, qocalıq demansının inkişafının ləngiməsi ilə bu içkilərin istifadəsi arasında əlaqə sübut edilməyib.
Anketlərin nəticələrinə əsasən tədqiqatçılar iştirakçıları istehlak etdikləri yaşıl çayın səviyyəsinə görə gündə sıfırdan 200 millilitrədək, 201-dən 400 millilitrədək, 401-dən 600-ə qədər və daha çox içənlərə bölüblər.
Məlum olub ki, yaşıl çay içmək beynin ağ maddəsinin daha az zədələnməsi ilə əhəmiyyətli dərəcədə əlaqələndirilir. Beləliklə, gündə 600 mililitr (təxminən üç stəkan) içki içən iştirakçılarda 200 millilitr və ya daha az çay içənlərlə müqayisədə ağ maddənin zədələnməsi üç faiz az olub.