Sinqapurdan olan həkim Samuel Chowdhury tərəvəz yeməyi sevənlər üçün xəbərdarlıq edib. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, uzun müddət qalan kartofda potensial ölümcül toksin ola bilər. Mütəxəssis yaşıllaşan və ya cücərmiş kartofu yeməməyi məsləhət görür. Kartofdakı yaşıl ləkələrin ağrılı həzm simptomlarına, həmçinin halüsinasiyalara, ifliclərə və ağır hallarda hətta ölümə səbəb ola bilən solanin toksininin varlığını göstərir.

Samuel Chowdhury zəhərin cücərtilərdə də ola biləcəyini iddia edir.