Sən demə, qəhvəni hansı formalı fincanda içməyimiz onun dadına təsir edir. Foodinfo xəbər verir ki, qərarı araşdırmalardan sonra braziliyalı alimlər bildirib.Tədqiqatçılar müəyyən ediblər ki, kobud və nahamar daxili örtüyü olan fincanlardan içilən qəhvə acıtəhər dad verir. Hamar örtüklü fincanlar isə qəhvənin dadını şirin edir. Təcrübədə 230 nəfər iştirak edib, onların arasında həm həvəskar, həm də peşəkar dequstatorlar olub. Onlar xarici və daxili tərəfi hamar keramikadan və nahamar ağ keramikadan olan fincanlarda yüksək keyfiyyətli Braziliya qəhvəsi içiblər. Bu zaman, bütün fincanlar eyni forma və çəkidə olub. Dequstatorlar bildiriblər ki, hamar fincanlarda içilən qəhvə şirin, kobud fincanlarda içilənlər isə acıtəhər dad verib. Nurlan