Alimlər çox içki içib, alkoqoldan asılı insanların qaraciyərini qorumaq və bərpa etmək yollarını açıqlayıb. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, Çinin Kənd Təsərrüfatı universitetinin alimləri alkoqoldan sonra qaraciyəri bərpa edən qidanı açıqlayıblar. Belə ki, siçanlar üzərində təcrübə göstərib ki, süd turşuları, süd məhsulları, probiotiklərin tərkibində olan Laktobakteriyalar bağırsaq mikroflorasını tənzimləyir, burdan da qaraciyərin zədələnmiş hüceyrələnin bərpası gedir. Məlumdur ki, xroniki alkoqol istifadəçilərinin qaraciyərində piylənmə, steatoz, sirroz, hətta xərçəng olur. Laktobakteriyalar kefir, yoqurt, qatıq, süd zərdabı, kəsmik, xama, bərk pendir növlərində olur. Eləcə də apteklərdə satılan hazır probiotiklərdə olur.