Uzunömürlülük üzrə ekspert Den Byuttner insan ömrünü uzadan ən yaxşı məhsulun adını açıqlayıb. National Geographic-in peşəkar tədqiqatçısı “Byuttner EatingWell” nəşrinə bildirib ki, lobyanın gündəlik istehlakı insan həyatını uzadır. Alim qeyd edib ki, hər gün 1 kasa bişmiş lobya istehlak edən insan həyatını 4 il uzada bilər. Foodinfo.az saglamolun.az-a istinadən bildirir ki, lobya zülal, lif, antioksidantlarla zəngin olduğundan insan sağlamlığına çox müsbət təsir edir, bağırsaq mikroflorasını yaxşılaşdırır, ürək-damar sistemi xəstəliklərindən qoruyur, immuniteti möhkəmləndirir. Həmçinin lobya dəmir, maqnezium, fol turşusu kimi insan orqanizmi üçün vacib maddələrin zəngin mənbəyidir.