Maqnium ürək ritminin dəstəklənməsində vacib rol oynayır, onun çatışmazlığı infarkt riskini yüksəldə bilər. Həkimlər insanlara gündə 400 mq maqnium qəbul etməyi məsləhət görür. Foodinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, "FoodEatSafe" nəşrinin mütəxəssisləri bu maddə ilə zəngin məhsulların siyahısını hazırlayıb. Siyahıda, ilk növbədə, avokado yer alıb. Bir ortaboy meyvədə 58 mq-ya yaxın maqnium var ki, bu da sutkalıq normanın 15%-i deməkdir. Keşyu, badam və Braziliya qozu da maqniumla zəngin məhsullardandır. Onların cəmi bir fincanı sizi sutkalıq normanın 20-33%-i ilə təmin edəcək. Bundan əlavə, bir fincan ispanaqda 157 mq, bir ədəd bananda isə 37 mq maqnium var. Diyetoloqlar səhər yeməyində yulaf yeməyi tövsiyyə edir. Belə ki, 100 qram yulaf sizə 177 mq maqnium bəxş edəcək.