Yay günlərində həm sərinləşdirici kimi, həm də xolesterolu aşağı salmağa faydası olan qara gavalı və qara gavalıdan hazırlanan kompot içmək xeyirlidir.
AzFood.az bildirir ki, qara gavalı təsirli diyet lifi qaynağıdır. Aparılan son araşdırmaya görə, müntəzəm olaraq quru gavalı istifadənin təzyiqi və xolesterolu aşağı sala biləcəyi nəticəsinə gəlinib. Həmçinin həm qara gavalı, həm quru gavalının tərkibində bol miqdarda fenol (qoruyucu xüsusiyyətləri olan və bitkilərdə mövcud olan təbii birləşmə) vardır.
Qara gavalı xolesterola xeyirlidir
Qaraciyər, böyrək və revmatizmadan yaranan xəstəliklərin müalicəsində qara gavalı təsirli dəstəkləyici məhsuldur. Qara gavalı bədənin dəmiri sormasına yardımçı olan C vitamini baxımından zəngindir və eyni zamanda A vitamini, B2 vitamini və kalium qaynağıdır.