Almaniyalı alimlərinin araşdırmalarına görə, tərkibində kakao olan məhsullarda insan orqanizmi üçün çox vacib olan D2 vitamini var. Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, günəş şüaları altında qurudulmuş kakao paxlasındakı D vitamini D2 vitamininə çevrilir. Alimlər müxtəlif kakao məhsullarının kütlə spektrometrik analizlərini də aparıblar. Müəyyən edilib ki, kakao çox miqdarda vitamin D2 mənbəyidir.
Xatırladaq ki, D vitamini insanın sümüklərinin böyüməsi və osteoporozun profilaktikası üçün vacibdir. Bu, daha çox balıq yağı, göbələk və dəniz məhsulları, süd və yağ, qırmızı və qara kürü, dəniz yosunu tərkibində var.
Namiq