Almaniyadan olan qidalanma mütəxəssisi, kartofun metabolizm prosesini sürətləndirdiyini, artıq çəki itirməyə kömək etdiyini açıqlayıb. Foodinfo.az e-tibb.az-a istinadən bildirir ki, almaniyalı dietoloq Rainer Mateika, kartofun metabolizm prosesini necə sürətləndirdiyini izah edib. Onun sözlərinə görə, həftədə bir dəfə yalnız bu tərəvəzi yeyib pəhriz saxlamaqla yaxşı nəticə əldə etmək olar. Mütəxəssis, kartofun maddələr mübadiləsi prosesini aktivləşdirdiyini, bu zaman xeyli miqdarda enerji xərcləndiyini və nəticədə daha çox çəki itdiyini deyib. Dietoloq, həftədə bir gün səhər, günorta və axşam yalnız qaynadılımış kartof yeməyi tövsiyə edib. Həmin dövrdə kolbasa, ət, pendir, qatıq, xama, şirniyyat və xəmirdən istifadə edilməməsi son dərəcə vacibdir. Qeyd edək ki, bu məhsulda kalium duzları da daxil olmaqla bir çox faydalı maddələr var. Kartof yod, kükürd, kobalt, maqnezium, dəmir, sink, bor və bir çox amin turşuları ilə zəngindir. Bütün bunlar maddələr mübadiləsini sürətləndirir və həmçinin ürək əzələlərinin işini yaxşılaşdırır.