Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir. Onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var – xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s. Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var: - Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır. - İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir. - Yuxunu yaxşılaşdırır. - Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır. - Qanda xolesterinin səviyyəsini aşağı salır. - Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır. - Sümükləri möhkəmləndirir. - Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir. - Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir. - Miqren, depressiya, əsəbilik zamanı faydalıdır. - Beyinin fəaliyyətinə müsbət təsir edir. - Orqanizmə əlavə enerji verir. Mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər. Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər. (saglamolun.az)