Qidanın tərkibinə daxil olan yağlar həm südəmər, həm də məktəbəqədər uşaqlar üçün əsas enerji mənbəyi olmaqla yanaşı, onları əvəz edilməyən yağ turşuları, yağda həll olan A,D,E və K vitaminləri ilə təmin edir. Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.az-a verilən məlumata görə, enerjinin təqribən 50%-i ana südünün tərkibindəki yağların hesabına hasil olur. İstər bitki, istər heyvan mənşəli qida məhsullarının tərkibindəki yağ özündə bütün növ lipidləri birləşdirir: "Heyvan mənşəli qida məhsullarının tərkibindəki yağlar (ət, inək südü) əsasən doymuş yağ turşularından, bitki mənşəli qida məhsulları və balıqda isə mono və poli doymamış yağ turşularından ibarətdir. Orqanizmə kifayət qədər yağ daxil olmadıqda, uşaqlarda boy artımında ləngimə və müxtəlif növ digər pozulmaların olması, inkişafın sonrakı mərhələlərində isə ürək-damar xəstəlikləri riskinin olması barəsində bəzi epidemioloji məlumatlar da mövcuddur. Hiperxolesteremiya xəstəliyi olan uşaqların qida rasionunda yağ istehlakına xüsusi diqqət yetirilməlidir".
Son xəbərlər
- Mal əti sağlam qalması üçün necə düzgün qızartmaq olar?
- Müntəzəm olaraq duzlu kələm yedikdə orqanizmdə nə baş verir
- Təyyarədə bu qidaları yemək məsləhət deyil
- Bu məhsul sümüklərinizi gücləndirəcək
- Üzümün bu faydalı xüsusiyyətləri üzə çıxdı
- Bu iki qida daha sürətli arıqlamağınıza kömək edəcək