İnsan orqanizminin fəaliyyət göstərməsi üçün oksigen qədər vacib olan suyun hüceyrələrimizdə bir çox metabolik funksiyaları vardır. Bu funksiyalardan bəziləri bunlardır:

Bədənimizə qəbul etdiyimiz qidaların həzm edilməsi və udulması;

Qida maddələrinin həzm olunması nəticəsində əmələ gələn tullantıların daşınması və xaric edilməsi;

Bədən istiliyinin tənzimlənməsi;

Hüceyrə və toxuma strukturlarının formalaşması;

Hormonların əmələ gəlməsi və ifrazı;

Bədənin turşu-baz balansı;

Bağırsaqların müntəzəm işləməsi;

Elektrolitlərin daşınması kimi bir çox hadisələrdə əsas rol oynayır;

Bundan əlavə, böyrəklərin sidiklə birlikdə tullantıları bədənimizdən çıxarılmasında su vacib amildir. İstehlak olunan suyun kifayət olub-olmamasından asılı olaraq bir çox metabolik və biokimyəvi hadisələrdə pozulma müşahidə olunur. Bu gün böyrək xəstəlikləri, bağırsaq xəstəlikləri və yorğunluq kimi xəstəliklərin baş verməsində kifayət qədər su istehlakının olmaması böyük təsir göstərir. Bunların qarşısını almaq üçün su istehlakını artırmaq lazımdır. 

Foodinfo.az xəbər verir ki, suyun müəyyən bir qoxuya sahib olmasını istəyirsinizsə, ona limon, bal, alma, çiyələk, xiyar və ya müxtəlif meyvə/tərəvəz əlavə edə bilərsiniz. 

Detoks suların əsas məqsədi su sərfiyyatını artırmaqdır və onların içilməsi nəticəsində orqanizmimizdə baş verən mübadilə hadisələri ilə normal su içilməsi nəticəsində baş verən hadisələr eynidir.

 Limon suyunun yağ yandırma funksiyasının olduğu fikri geniş yayılmışdır, amma nəzərə almaq lazımdır ki, bədənimiz bir gündə yağ əmələ gətirmədiyi kimi, biz də anında limon suyu ilə arıqlaya bilmərik. Piylərin və ya artıq çəkilərin azaldılması üçün müəyyən vaxt lazımdır. Limonlu su içmək dərman kimi yağı birbaşa tapıb həll etmir.

 Suyun temperaturundan asılı olaraq suya əlavə edilən balın müxtəlif xəstəliklərə təsiri aşkar edilmişdir. Məsələn, su soyuq olarsa, suya əlavə olunan bal bağırsaqları ləngidir. Su isti olarsa, bağırsaqları sürətləndirir və qəbizliyə yaxşı gəlir.

Eyni zamanda balın müəyyən müddət suda saxlanması və sonra istehlakının qan azlığına xeyirli olduğu bildirilib. Bundan əlavə, bal antimikrobiyal və antioksidan xüsusiyyətlərinə görə tövsiyə olunur və onu suya əlavə etməklə istehlak etməkdə fayda var.