Türkiyəli məşhur həkim Ender Saraç beyni gücləndirən əsas amilləri açıqlayıb. Həkim onu da bildirib ki, bağışlamamaq beyin hüceyrələrini zəiflədir. Foodinfo.az xəbər verir ki, həkim qadınlara adaçayı, kişilərə isə mate çayı içməyi tövsiyə edib. O, bildirib ki, adaçayı yaddaş və diqqət pozğunluğu yaşayan xanımların, mate çayı isə kişilərin fiziologiyasına daha uyğundur. Beyindəki yağların 20 faizi meqa-3 yağlarından ibarətdir. Alimlər bildirib ki, doğru qidaları lazımlı anda yemək ağıl və konsentrasiyanın inkişafına əhəmiyyətli təsir edir. Odur ki, yaddaşı gücləndirmək və ya beyin inkişafı üçün bəzi qidaların digərlərindən daha vacib olduğu bildirilir. Dietoloq Ender Saraç Neyroşünaslar Konqresində beyin inkişafına təsir edən məhsullarla bağlı ciddi açıqlamalar verib: "Omeqa-3-lə zəngin qidalar beyin üçün vacibdir. Onun ən zəngin mənbələri siyənək, sardina, hamsi, somon və alabalıqdır. Eyni zamanda qoz, çia və kətan toxumunda omeqa-3 bol miqdardadır. B12 və D3 vitaminləri də beyin inkişafında önəmli yerə malikdir. Odur ki, bu maddələrin az olması beyin "yanacağının" tükənməsi deməkdir".
Ender Saraç bildirib ki, tərkibində olan omeqa-3 adaçayı yaddaşı yaxşılaşdırır. Xüsusilə diqqət pozğunluğu olan qadınlar üçün bir nömrəli təbii dərmandır, bu çay gündəlik stressi azaldır, beyin neyronları arasındakı əlaqəni gücləndirir. Dietoloqun sözlərinə görə, mate çayı kişi fiziologiyası üçün daha uyğundur. Mate çayının tərkibində isə təbii kofein var. Kafein beyin üçün çox yaxşı bir xəbərdarlıqdır. Bununla birlikdə, mate çayındakı kofeinin qəhvə kimi qan təzyiqi qaldırmaq riski yoxdur. Mate çayı beyin, zəka və yaddaş üçün də çox faydalıdır. "Artıq beynimizdən istifadə etmirik. Düşüncə və təxəyyül gücümüz sosial medianın sayəsində yox olmağa doğru gedir. Beyindən xarici mühitə çıxan yeganə sinir qoxu sinirləridir. Odur ki, burun kənarlarına küncüt yağı sürtmək unutqanlığı aradan qaldırmağa kömək edir. Zeytun yağı, xurma, qırmızı ət, qarağat, sarıkök, brokkoli və tünd şokolad beyinə faydalı olan digər qidalardandır.
Beynimiz kompüter kimidir. Lazımlı, lazımsız hər şeyi yadda saxlayırıq. Bir müddət sonra yaddaş dolur. Bu səbəbdən də zehnimizi rahatlaşdıran üsullar var. Möhkəm yuxu, nizamlı məşq, meditasiya, ibadət ilə zehni rahatlaşdıra bilərsiniz. Lakin depressiyaya düşsəniz, qanda serotoninin səviyyəsi azalacaq. Beyin gücü və ya tutumunu artırmaq üçün ən təsirli üsul bağışlamaqdır. Bağışlamağı bacarmayan insanın beyin hüceyrələri yaxşı çalışa bilmir. Yadda saxlayın ki, beyni zəiflədən əsas amillərdən biri də kiməsə kin saxlamaq və bağışlamamaqdır. Qəlbinizi sevgi ilə doldurun, bu, beyni rahatlaşdıran üsullardan biridir" , - deyə sonda mütəxəssiz qeyd edib. (publika.az)