Ekspertlər hesab edirlər ki, bir çox meyvə və tərəvəzdəki fibralar xərçəng xəstəliyi ehtimalını xeyli azaldırlar.
Ərzaq Tədqiqatları İnstitutunun apardığı araşdırmaya görə, kartofdan tutmuş gavalıya kimi bir çox meyvə-tərəvəzdə olan pectin adlı fibra xəstəliklə mübarizədə çox xeyirli ola bilər.
Foodinfo xəbər verir ki, aparıcı tədqiqatçı professor Vik Morris deyib ki, bu, superərzaq kimi tanınan meyvə-tərəvəzə heç də eksklüziv olaraq bel bağlamağa lüzum olmadığını göstərir.
Hazırda cır mərsin (qolubika) və ispanaq kimi məhsulların ən çox xeyri gətirdiyi düşünülür.
Lakin professor Morris deyir ki, yəqin ki, daha geniş çeşiddə meyvə-tərəvəz yemək daha çox xeyir gətirə bilər.
Pektinin (pectin) meyvə-tərəvəzin tərkibindəki həcmi ələxüsus alma və portağallarda xüsusilə çoxdur. Çiyələk və üzümlərdə azdır.
Son iki ildə Britaniyada cır mərsinin satışı 132% çoxalıb.