Türkiyədə çox məşhur olan Nar çayı təzə, sütül narın qabığı və iç pərdəsindən hazırlanır. Foodinfo nar qabıqlarını atmayıb, möcüzə çay hazırlamağı təklif edir. Bu çayın faydaları: - orqanizmi zərərli radionuklidlər, toksin və metallardan təmizləyir - Metobolizmi sürətləndirir - hemoqlobini qaldırır - Bağırsaqları normallaşdırır, diareyanı kəsir - İmmuniteti infeksiya, viruslara qarşı dözümlü edir - Xərçəngin, müxtəlif şişlərin profilaktikası məqsədilə təsirlidir - Ürək əzələsini və damarları möhkəmlədir, qanın axıcılığını normallaşdırır - Təzyiqi düzəldir - Sinirləri sakitləşdirir, yuxunu yaxşılaşdırır Tərkibində B qrup vitaminləri, C, PP, kalsium, alma, bor, kəhrəba turşusu, lizin, aminturşuları, fosfor, xrom vardır. Ailəliklə həftədə tez-tez, müntəzəm nar qabıqlarından çay için Adi qaydada çaydanda və ya termosda qaynar suda dəmlənir. Gündə 1-2 dəfə içilir 7 yaşına kimi uşaqlara olmaz