Narın saysız-hesabsız faydalı xüsusiyyətləri var. Foodinfo.az qafqazinfo-ya istinadən onların bir neçəsini təqdim edir: Nar  vitaminlər, kalium, maqnium, kalsium, yod, fosfor, manqan, natrium və dəmirlə zəngindir. Meyvənin şirin qırmızı lətində çox sayda təbii turşular, dubil maddələr, fitontsidlər var. Hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar nar qəbul etməlidir. Meyvə damar divarlarını möhkəmləndirir, arteriyal təzyiqi aşağı salır. Yaşlı insanlar da nar yeməlidir. Belə ki, meyvə orqanizmin ümumi tonusunu yüksəldir. Həmçinin nar damarların qocalma prosesini ləngidir. Artritdən əziyyət çəkən xəstələrə ağrı sindromunu azaltmaq məqsədi ilə nar şirəsi içmələri məsləhət görülür. Narda fiziki və zehni aktivliyi yaxşılaşdıran maddələr var. Narın qəbulu nəticəsində yaddaş daha yaxşı, diqqətin mərkəzləşməsi daha güclü olacaq. Nar Altsheymer xəstəliyinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Meyvə qan azlığı ilə mübarizə üçün əla vasitə sayılır. Narda çox sayda dəmir birləşməsi var. Diabetdən əziyyət çəkənlər nar şirəsini dərman kimi qəbul etməlidir: gündə 4 dəfə (hər biri 60 damcı) yeməkdən əvvəl. Meyvə qlükoza, fruktoza və qanda şəkərin lazımi səviyyəsini dəstəkləyən komponentlərlə zəngindir. Narın qabığı, ləti və tumları antibakterial və göbələkəleyhinə xüsusiyyətlərə malikdir. Soyuqdəymə, zökəm və oxşar xəstəliklər nar yeməklə müşayiət edilməlidir. Böyrək xəstəlikləri, diareya zamanı qabığın dəmləməsini içmək icazə verilir, zeytun yağı ilə qurudulmuş və toz halına gətirilmiş nar qabığı isə dəri çatları, yanıq və oxşar xəsarətləri sağaltmağa kömək edir. Xərçəng xəstəliyinin inkişafının qarşısını almaq üçün nar şirəsi qəbul etmək olar. Sübut olunub ki, nar döş və prostatdakı şişlərlə mübarizədə kömək edir.