Yandırıcı qırmızı bibər, xüsusən Çili növü Meksika, Cənubi Amerika, Hindistan və s. ölkələrin mətbəxində gündəlik istifadə olunur. Alimlərin fikrincə insan, xüsusən kişilər hər həftə 3-4 dəfə rasiona qırmızı istiot daxil etməlidir.
Foodinfo.az "ölkə.az"-a istinadən xəbər verir ki, medicina.az bunun səbəblərini açıqlayır.
1. Ürək xəstəlikləri riskini azaldır. İtaliyada müntəzəm olaraq acı bibər qəbul edən insanlarda ürək tutmaları 40% az olub. Bibər qan duruldurucu təsir edir.
2. Ömrü uzadır Xroniki xəstəliklərdən ölüm faizini 23% endirir.
3. Afrodiziak kimi təsir edir - yəni kiçik çanaq orqanlarını qanla təchizatını artırıb, cinsi həvəssizliyin qarşısını alır. Kişilərdə sonsuzluğa qarşıdır.
4. Enerji verir, parazitləri öldürür.
Kimlərə olmaz: qastrit və xorası olanlara