Məlumdur ki, bir çox şiş xəstəliklərinin səbəbi orqan və toxumalarda hüceyrə səviyyəsində güclü iltihabi prosesin baş verməsidir. İltihab orqanizmin xəstəliklərə qarşı müdafiə formasıdır. Amma əgər iltihab uzun müddət davam edirsə, sağalmırsa, diabet, damar və ürək əzələsi xəstəlikləri, daha sonda xərçəng inkişaf edir. Bəs bədənimizin daxilində iltihabı yaradan nədir?
60% hallarda bu qidalardır.
Foodinfo.az medicina.az-a istinadən iltihabı yaradan və artıran qidaları təqdim edir. Bu qidaları rasionda azaldıb və ya çıxarsanız, iltihabi prosesləri azalda bilərsiz.
1. Şəkər, qənd, qarğıdalı siropu
Mütəmadi olaraq orqanizmə şəkər daxil olduqda, iltihabın triqeri, yəni oyadıcısı olan çitokin hasil olur. Siz qənd, şəkərdən uzaq dura bilərsiz, amma şirin qarğıdalı siropu demək olar, şirniyyat və qablaşdırılmış şirin ərzaqlarda var. Eləcə də bir çox qablaşdırılmada şəkər fruktoza, saxaroza adı ilə qeyd olunur. Şəkər və qarğıdalı siropu qaraciyəri piyləndirir, insulini pozur, diabet yaradır. Böyrəklərdə xroniki xəstəliklər törədir, daxili orqan və toxumalarda onkoloji şişlər yaradır. Rasiondan qənd, şəkəri çıxarın, üzərində qarğıdalı siropu yazılmış qidaları yeməyin, şəkəri təbii baldan və quru meyvələrdən alın. Şirniyyata olan tələbatı Omeqa 3 ilə də ödəyə bilərsiz. Kətan toxumu, yağı, qoz, fındıq, balıq və dəniz məhsulları çox yesəniz, şəkərə istəyiniz azalacaq.
2. Süni transyağlar
Müasir dövrün ən zərərli qidasıdır. Transyağları süni olaraq doymuş yağ turşularını bərkidir, onların ömrünü uzadır, nəticədə insan sağlamlığı zərər görür. Bunlara marqarin, kartof fri, qızardılmış yeməklər, qarğıdalı partlaması, qablaşdırılmış peçenye, pirojna, saxlanma müddəti 1 il və daha çox olan ərzaqlar, yarımfabrikatlar. Tərkibində bu yağlar olan qidalardan uzaq durun. Onlar immuniteti məhv edir, ürək, damar xəstəlikləri yaradır, arteriyaları tutur. Südverən qadınlarda südün keyfiyyəti pozulur.
3. Soya və Palma yağı
Hər ikisi bitki mənşəli yağdır. Son 1 əsrdə insanların bitki yağlarına tələbatı ötən əsrə nisbətən 120 % artıb. Qida sənayeçiləri bacardıqca bazara çox və ucuz bitki yağı çıxarmağa çalışır. Bitki mənşəli yağlar Omeqa 6 tərkibi ilə insan sağlamlığı, dərisi, dırnaqları, saçları üçün lazımdır. Amma müəyyən miqdarda. Hər gün və yalnız bitki yağını çox qəbul etmək iltihab markerlərini artırır. Soya və palma yağı isə diabeti yaradır.
4. Rafinə olunmuş karbohidratlar
Bu nişasta və ya şəkərin təbiətdə olmayan, insan orqanizminə yad, süni formasıdır. Süni olaraq qida məhsullarından ayrılır, texniki işlənilir və onların DNT strukturu belə dəyişir. Bunlara aiddir ağ un, çörək, konfet, makaron, un məmulatları və s.
Onlar beyin və bağırsaqları iltihablandırır, qanda qlükozanı artırır, orqanizmə çox az enerji verir.
5. Emal olunmuş ət və ət məhsulları
Konserv, hisə verilmə, duza qoyulma, qaxac olunma və bir çox kimyəvi qatqılarla uzun ömürlü olan ət məhsulları - kolbasa, bekon, vetçina, balıq, konserv ət bütün toxuma və orqanlarda iltihab yaradır. Mədə, bağırsaq xərçəngi, diabet, ürək xəstəliklərini artırır. Artıq sübut olunub ki, yoğun bağırsaq xərçəngi emal olunmuş ətə bağırsaq hüceyrələrinin cavabıdır. Bu qidaları menyudan tamamilə çıxarın. Əvəzinə təmiz zülal verəcək quyruq, qaraciyər, təmiz mal, qoyun, toyuq əti, balıq yeyin. Əgər onların dadı xoşunuza gəlirsə, o zaman özünüz evdə kolbasa, konserv, qril hazırlamağı öyrənin. Bunların istifadə müddəti cəmi bir neçə gün olacaq.