İnsanların bir çoxu fərqli həyat tərzi sürür və sağlam qidalanmaya vaxt ayıra bilmir. Nəticədə isə bir mədəmizi ziyanlı qidalarla doldururuq və orqanları gücə salırıq.
Foodinfo.az rasiona asanlıqla əlavə edilə bilən və orqanizmi təbii yollarla toksinlərdən təmizləyən qidaların siyahısını təqdim edir.
Çuğundur
Çuğundurun tərkibi dəmir, kalsium və betain antioksidantı ilə zəngindir. Betain hüceyrələrin strukturunu yaxşılaşdırır və qara ciyər hüceyrələrini bərpa edir. Qara ciyər isə oqanizmi qəbul edilən toksinlərdən qoruyur.
Məsləhət: Çuğunduru qabığı ilə qaynadın və yeyin. Bundan başqa çuğunduru xırda-xırda doğrayıb salata da əlavə etmək olar.
Soğan və sarımsaq
Hər iki tərəvəzin tərkibində flavonidlər var. Bu maddə isə qara ciyər üçün ən güclü antioksidant sayılan qlutationu ifraz edir. Qlutation qara ciyərə detoksikasion fermentləri ifraz etməyə kömək edir, zəhərli qalıqları filtrdən keçirir. Bundan başqa soğan və sarımsaq bir sıra xüsusiyyətləri ilə qara ciyərin fəaliyyətinə müsbət təsir edir.
Məsləhət: İstənilən detoks-pəhrizə bu iki tərəvəz daxil edilir. Çiy və bişmiş soğanı salata əlavə etmək mümkündür.
Göyərti
Tünd yaşıl rəngli göyərti xlorofil sayəsində həzm traktını təmizləyir. Bu bitki tərkibli piqment fotosintez prosesi zamanı işığı udur və enerji hasil edir. Bundan başqa sərbəst radikalları və toksinləri neytrallaşdırır. Eyni zamanda orqanizmə yığılıb qalan ağır metalları da ifraz edir. Xlorofill iltiham əleyhinə xüsusiyyətə malikdir.
Məsləhət: Müasir ərzaqların tərkibində bir sıra turşular var. Bu səbəbdən mətbəxdə itburnu, kələm və bir sıra tərəvəzlər saxlayın.
Limonlu su
Sitrus həzmin bir nömrəli köməkçisidir. Çünki tərkibi C vitamini və antioksidantlarla zəngindir. Onlar qara ciyər fermentini aktivləşdirir, toksinləri neytrallaşdırır və bağırsağı təmizləyir. Beləcə, orqanizmi su ilə çirkdən təmizləmək olar.
Məsləhət: Səhərinizi bir stəkan isti suya 1 limon sıxmaqla başlayın. Bir çimdik dəniz duzu, bir az bal əlavə edin. Acqarına için.
Qoz-fındıq
Əgər həyatınızı atışdırmasız təsəvvür etmirsinizsə, onu faydalı edin. Hər zaman əlinizin altında badam, qoz, fındıq, günəbaxan tumu saxlayın. Badam qara ciyər ətrafındakı piy qatlarını əridir. Qozun tərkibində isə olan aginin amin turşusu qara ciyəri ammiakdan təmizləyir və beyinə faydalıdır.
Yoqurt
Yoqurtun tərkibində probiotiklər var bu faydalı bakteriyalara təbii mikrofloranı möhkəmləndirməyə imkan verir. Eyni zamanda həzmə kömək edir, orqanizmin immun reaksiyasını yaxşılaşdırır.
Məsləhət: yağsız və az yağlı yoqurtlardan istifadə etməyin. Çünki bu yoqurtların tərkibində şəkərin miqdarı çoxdur.
Zəncirotu və ya yaşıl çay
Zəncirotu qara ciyərə toksinləri filtrdən keçirməyə kömək edir. Yaşıl çayın tərkibində isə antioksidantın miqdarı qara çaya nisbətən daha çoxdur. Yaşıl çayın tərkibində olan kofein sidikqovucu effetkə malikdir və köp vaxtı da kömək edir.
Zəncəfil
Zəncəfil köpü azaldır, bağırsağın fəaliyyətini normallaşdırır, orqanizmdən qalıqları və toksinləri ifraz edir. Eyni zamanda qaz yığılması və ürəkbulanmasına qarşı faydalıdır. Zəncəfil mədə şirəsi ifrazını yaxşılaşdırır. Bu isə parazitləri məhv edir, orqanizmi infeksiyalardan qoruyur. Zəncəfil həzm sistemini daha effektiv işləməyə məcbur edir, metabolizmanı sürətləndirir və qara ciyərin fəaliyyətinə kömək edir.
Məsləhət: Zəncəfildən istifadə üsulları müxtəlifdir. Zəncəfil çayı, limon və balı qarışdırın.
Yerkökü
Yerkökünün tərkibi qlutationla zəngindir və ən güclü təmizləyici tərəvəzlərdən biridir. Onun tərkibində beta-karotin və A vitamini var. Yerkökü ürək-damar sisteminin fəaliyyətinə kömək edir, immuniteti gücləndirir.
Xiyar
Xiyarın ən böyük üstünlüklərindən biri orqanizmin qara ciyəri təmizləmə və həzm traktının fəaliyyətini dəstəkləməsidir. Ziyar bədəni su ilə təmin edir, təbii sidikqovucudur və qandan, bağırsaqdan toksinləri ifraz edir. (ölkə.az)