Soğan və sarımsaq güclü iltihab, virus və mikrob əleyhinə təsirə malikdir.
Həmçinin onlar nəfəs yollarını selikdən təmizləyir, nəfəsalmanı asanlaşdırır.
Xalq təbabətində soğan və sarımsaq öskürəyin müalicəsində çox geniş istifadə olunur.
Saglamolun.az sizə belə təbii reseptlərdən birini təqdim edir:
2 baş soğan və 5 diş sarımsaq blenderdə xırdalanır, üzərinə yarım l isti (qaynar yox!) su əlavə olunur. Su soyuyanda dəmləməni yaxşı süzün, bir neçə qaşıq bal əlavə edin və gündə 3 dəfə 2-3 x.q. olmaqla qəbul edin.
Bu dəmləməni uşaqlara da vermək olar.