Aparılan araşdırmalar nəticəsində bir çox qidaların oxşarı olduğu orqanlara faydalı olduğu məlum olub. Foodinfo.az axşam.az-a istinadən həmin qidaları təqdim edir:
Zənfəcil - Mədə
Ürəkbulanması və mədə ağrılarında zəncəfilin müsbət təsiri var.
Üzüm - Ağciyər
Ağciyərlərin içində yerləşən alveollar kapiliyarlardakı karbon qazını alıb, və kapiliyarlara içlərindəki oksigeni verir. Üzüm də alveollara faydalı təsir göstərərək, ağciyər xərçənginin qarşısını alır.
Qramafonçiçək batat (şirin kartof) - Mədəaltı vəzi (pankreas)
Şirin kartof, pankreas xərçənginin böyüməsinin qarşısını alan B6 vitamini ilə zəngindir.
Göbələk - Qulaq
Tərkibində D vitamini olan göbələk karlığın qarşısını alır.
Pomidor - Ürək
Pomidorun tərkibindəki likopen ürəyib və qanın əsas qidasıdır. Ürəyi xəstəliklərdən qoruyan pomidor eyni zamanda C vitamini ilə də zəngindir.
Qreypfrut - Sinə
Qreypfrutun tərkibindəki limonoid südvəzi xərçənginin qarşısını alır.
Avokado - Uşaqlıq
Avokado uşaqlıq ağzı xərçənginin yaranmasına mane olur.
Qoz - Beyin
Qozun omeqa 3 və E vitamini ilə zəngin olması beyinə müsbət təsir edir.
Kök - Göz
Göz kürəsinin arxa divarını örtən, görmə hüceyrələrindən ibarət ağ təbəqə olan retinaya kökün tərkibində olan A vitamini müsbət təsir edir.
Kərəviz - Sümük
Kərəvizin tərkibində olan silisiumun sümüklərin bərkiməsində böyük rolu var.