
Probiotiklər insan bədənindəki faydalı bakteriyalardır və həzm sisteminin sağlamlığında vacib rol oynayır. Foodinfo.az xəbər verir ki, ingiltərədən tanınmış qidalanma mütəxəssisi Dr. Emma Collins "Healthline" portalına açıqlamasında, probiotiklərin bağırsaq florasını tarazlamaqla immun sistemini gücləndirdiyini və həzm prosesini yaxşılaşdırdığını bildirib. Dr. Collins qeyd edib ki, yoğurt, kefir, kimçi və digər fermentləşdirilmiş qidalar zəngin probiotik mənbələridir.
Onun sözlərinə görə, probiotiklər həmçinin qəbizlik, ishal və digər həzm problemlərinin aradan qaldırılmasına kömək edir. Mütəxəssis əlavə edib ki, probiotik istifadəsi allergiya simptomlarının yüngülləşməsində də təsirli ola bilər. Dr. Collinsin fikrincə, gündəlik qidalanmaya probiotiklər əlavə etmək bədənin ümumi sağlamlığını artırır və xəstəliklərə qarşı müqaviməti yüksəldir. Onun tövsiyəsinə əsasən, probiotiklə zəngin qidalarla yanaşı, prebiyotiklər də qəbul edilməlidir ki, faydalı bakteriyalar üçün qida təmin edilsin.