
Tibb elmləri namizədi Yelena Tixomirova bildirib ki, bəzi hallarda saqqız çeynəmək arıqlamağa dəstək ola bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssis bu üsulun iştahı müvəqqəti azaltmaq və yemək arzusunu ləngitmək baxımından təsirli olduğunu qeyd edib.
Onun sözlərinə görə, şəkərsiz saqqız çeynəmək maddələr mübadiləsini aktivləşdirə bilər. Bu isə orqanizmdə enerji sərfini artırır və artıq kalorilərin yandırılmasına yardımçı olur. Tixomirova əlavə edib ki, saqqız həm də stress zamanı əsəbləri sakitləşdirə bilər.
Mütəxəssis xüsusilə yemək arası iştah açılanda bu üsuldan istifadə etməyi tövsiyə edib. O bildirib ki, saqqız çeynəməklə diş sağlamlığını da qismən qorumaq mümkündür. Bununla belə, həkim saqqızın kalorili qidaları əvəz etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu metod yalnız əlavə dəstək vasitəsi kimi istifadə edilməlidir. Diyetoloq insanlara balanslı qidalanma və aktiv həyat tərzini əsas vasitə kimi seçməyi məsləhət görüb. Tixomirova saqqız seçərkən şəkərsiz və təbii tərkibli növlərə üstünlük verilməsini tövsiyə edib.