Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox duru olanda qanaxmaya meyillik olur, qatı olanda isə qanın normal dövranında problemlər əmələ gəlir, toxumalar lazımınca qidalana bilmir. Hər iki sistemin işinə qaraciyər cavabdehdir, ona görə də laxtalanma problemləri olanlar, ilk növbədə, qaraciyərin müalicəsi qayğısına qalmalıdırlar. Qanı durulaşdırmağa qidalanmadan başlamaq lazımdır, çoxlu ət qəbulu, az su içmək, az hərəkət etmək, çox duzlu və yağlı yemək qanın qatılaşmasına səbəb olur. Bunun əksinə, çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çoxlu çiy su içilməsi, tünd çay və tünd qəhvədən imtina edilməsi isə qanın durulmasına aparıb çıxarır.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir qanı durulaşdıran bitkiləri və onların faydalı xüsusiyyətlərini təqdim edir.
Məkkəgülü – həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır. Onun yeməkdən sonra içilməsi məsləhətdir.
Sofora – müalicə üçün bitkinin qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Bu maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir.
Öksəotu – parazit bir bitkidir, ağacların gövdəsi üzərində bitir, onların hesabına qidalanır və ağacı qurudur. Təzyiqi çox təsirli şəkildə aşağı salır, kapilyar damarların keçiriciliyini yaxşılaşdırır.
Nanə – həm yaxşı əsəb sakitləşdirici, həm də qandurulaşdırıcı vasitədir. Dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır,
Zəncəfil – hər gün istifadə edilməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Kökdən qoz böyüklükdə hissə kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.
Sarıkök – dağılmış qaraciyər hüceyrələrini bərpa edir. Gündə iki dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.
Udi-hindi – qan durulducu və iltihab əleyhinə təsir göstərən güclü vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.
Biyan kökü – halsız xəstələri sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalı təsir göstərir.
Sarımsaq – qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.
Limon – həm qandurulducu, həm də damar elastikliyini artıran vasitədir, tərkibi C vitamini ilə zəngindir.
Hicama (qan almaq) olunmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.
Zəli – zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılıb ki, bunların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.