
Qarpız tumları çox zaman atılır, amma tərkibindəki maqnezium və dəmir orqanizm üçün əhəmiyyətlidir. Maqnezium sinir sisteminin sakitləşdirilməsində və əzələ funksiyalarında mühüm rol oynayır. Foodinfo.az bildirir ki, dəmir isə qan hüceyrələrinin oksigen daşıma qabiliyyətini artırır.
Hər iki mineral enerjinin səviyyəsinin qorunmasında vacib sayılır. Qarpız tumlarının tərkibində həm də sink və fosfor kimi mikroelementlər var. Onlar immun sisteminin güclənməsinə və dəri sağlamlığının qorunmasına dəstək olur.
Qovrulmuş şəkildə istifadə oluna bilən bu tumlar orqanizmə sağlam yağ turşuları da verir. Tərkibindəki protein isə bitki mənşəli zülal mənbəyi kimi qiymətləndirilir. Araşdırmalar göstərir ki, qarpız tumu istehlakı mədəaltı vəzin funksiyalarını tənzimləyə bilər.
Lakin duzlu və çox miqdarda istehlak etmək tövsiyə olunmur. Gün ərzində 1-2 xörək qaşığı qovrulmuş tum kifayətdir. İdeal sağlam qəlyanaltıdır