Qəhvəli, şokoladlı mus qəhvə və şokoladsevərləri məst edəcək. Foodinfo.az bildirir ki, onun hazırlanması da asandır.
Tələb olunan ərzaqlar
160 qr acı şokolad
20 qr kərə yağı
100 ml təzə dəmlənmiş qəhvə
3 yumurta
30 qr şəkər tozu
1 çimdik duz
Üzəri üçün
1 stəkan süd
Təzə nanə yarpağı
Kakaolu pasta
Hazırlanması
Kasaya acı şokolad, kərə yağı və təzə dəmlənmiş qəhvəni əlavə edin. Məhlulu ocaqda əritdikdən sonra kənara qoyun.
Yumurta sarıları və ağlarını ayırın. Sarılarını şəkər tozu ilə qarışdırıb çırpın. Yumurta ağlarına isə 1 çimdik duz əlavə edib köpüklənənə qədər blenderlə qarışdırın.
İlıq qəhvəli şokolad qarışığını yumurta sarısının olduğu kütləyə əlavə edib qarışdırın. Sonra köpüklənən yumurta ağını da həmin kütləyə qatın. Qarışığı 2-3 saat buz dolabında saxlayın.
Kakaolu pastanı əlinizlə bölərək üzərinə süd tökün. Onu buz dolabındakı kütlənin üzərinə əlavə edin. Şirniyyatın üzərinə təzə nanə yarpaqları qoyaraq servis edə bilərsiniz.
Nuş olsun. (publika.az)