Mövsümlə əlaqədar bir çox şəxs qripə qarşı qorunmanın təbii yollarını axtarır. Əslində isə yediyimiz bütün sağlam qidaların, meyvə-tərəvəzin tərkibində xəstəliklərdən qorumağa yardımçı olan vasitələr mövcuddur. Yer kökü də belə qidalardandır. Xüsusilə qara kökün tərkibindəki antioksidant sağlamlığımıza müsbət yöndə təsir edərək, qripə qarşı qalxan rolunu oynayır. Bəzi xəstəliklərə qarşı qoruyucu olan qara kökün faydaları olduqca çoxdur. Göz sağlamlığı üçün özəlliklə yeyilməlidir. A vitamini, mineral baxımından olduqca zəngindir. Salatlarda tez-tez istifadə edə bilərsiniz. Gündə ən az iki ədəd yeyilməlidir.
Qara kökün faydaları:
- Mədə xəstəliyi üçün müsbətdir
- Az yemək yeyənlər üçün iştah açıcıdır
- Dəridəki qırışıqları götürür, parlaqlıq verir
- İmmun sistemini gücləndirir
- Xolestrola qarşı faydalıdır
- Damar sərtləşməsinə zamanı yaxşı təsir edir
- Qan dövranını sürətləndirir
- Qarını yumşaldır
- Revmotizma və onunla bağlı yaranan xəstəliklərin qarşısını alır
- Həm qəbizliyə, həm də ishala qarşı müsbət təsir edir. (medicina.az)