Rusiyalı dietoloq Yelena Ustinova səhvən zərərli hesab edilən sağlam qidalardan danışıb.

Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.ru-ya müsahibəsində bildirib ki, bəzi qidaların zərərli olması barəsində yalnış fikirlər var.  “Belə bir fikir var ki, konservləşdirilmiş balıq sağlam qida deyil. Lakin yağda deyil, duzlu suda saxlanılan istənilən balıq asanlıqla həzm olunan zülal, yod, eləcə də kalsium və fosfor mənbəyidir”.

Mütəxəssisin sözlərinə görə, bəzi aşağı kalorili məhsullar da səhvən zərərli hesab olunur. “Buna missal olaraq heyvan ciyərini göstərmək olar. Amma bu məhsulların tərkibində asanlıqla həzm olunan protein var və bıir sıra vitaminləri özündə birləşdirir.”  

Leyla