Alimlər 1,4 milyon insan üzərində apardıqları tədqiqatı yekunlaşdırdılar. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, 8 il davam edən elmi işdə hər bir iştirakçının yaşı, qidası, zərərli vərdişləri, həyat tərzi və xəstəlikləri barədə məlumat bazası yığılıb.
Onların 60% - siqaret çəkirdi. Məlum olub ki, ağciyər onkologiyası riskini azaldan vasitələr lifli qidalar və təbii yoqurtdur.
O insanların ki, rasionunda bu qidalar çox idi, onlarda heç qəbul etməyənlərlə nisbətdə ağciyər xərçəngi riski 18% az idi.
Həftədə 4 dəfə təbii yoqurt qəbul edənlərdə ağciyər xərçəngi 33% az olub. Maraqlıdır ki, bu qidalanma siqaret və içkidən çox istifadə edənlərdə də yaxşı effekt verib.
Alimlər bildirir ki, bu qidalar prebiotik olub, bağırsaq mikroflorasını sağlam tutur.