Həyat yoldaşı Simon Koneckidən boşanan və musiqi karyerasına fasilə verən dünyaca məşhur müğənni Adel tamamilə dəyişib. 31 yaşlı sənətçi xeyli çəki atması ilə diqqət mərkəzindədir. O, sonuncu dəfə Beyons və Jay Z-nin "Oskar" partisində görüntülənib. Müğənninin fotosunu polşalı aparıcı Kinga Rusin sosial şəbəkədə paylaşıb. "Daily Mail" qəzeti yazır ki, sənətçi ancaq tərəvəz qəbul edir və gün ərzində min kalori verir. Buna görə də Adel 45 kq çəki atıb və tanınmaz hala düşüb. (qafqazinfo)