Qəhvənin qoxusu hüzur, dadı xoşbəxtlik bəxş edir. Gündə bir fincan türk qəhvəsi içsəniz orqanizmdə baş verən dəyişikliklər sizi təəccübləndirəcək. Foodinfo.az xəbər verir ki, ürəkdə çırpıntıya səbəb olar deyə içməkdən çəkindiyimiz türk qəhvəsi əslində gündə bir dəfə içilərsə sağlamlığa inanılmaz fayda verər. Qəhvənin tərkibində yer alan kofein maddəsi alzheimer xəstəliyinin qarşısını alır. Gündə bir fincan türk qəhvəsi beyin sağlamlığını qoruyur. Şirniyyat yeməyə meyilli insanlar qəhvə içdikləri zaman şəkər aludəçiliklərindən xilas ola bilərlər. Kofein orqanizmin yağ yandırması üçün sinir sisteminə siqnal göndərərək eyni zamanda qanda adrenalini nizamlayır. Qəhvənin ürəyə faydalı olub olmaması elm adamları tərəfindən hələ də araşdırılır. Lakin qəhvə heç bir halda ürək ritminin pozulmasına səbəb olmur. ABŞ-da aparılan araşdırmada məlum olub ki, davamlı olaraq qəhvə içənlər digər insanlara görə depressiyaya daha az meyil edirlər. Belə ki, türk qəhvəsi güclü antioksidantır. Qanda antioksidantı artıraraq stresslə mübarizə apararaq xəstəliyə yoluxmanın qarşısını alır. (ölkə.az)