Damar təmizləyicisinin bir neçə resepti olsada, onların tərkibində sarımsaq olduğundan insanların çoxu istifadə edə bilmirlər. Bu qarışımın xoş iyi var, demək olar hamı tərəfindən asanlıqla qəbul edilə bilər.
Doktor Fizuli Hüseynovun super reseptini təqdim edirik: Bu qarışım bədəni xolesterindən və damar daxili yağlardan təmizləmək üçün yaxşı bir vasitədir. Bundan əlavə, yaddaşsızlıq, diqqət yayınmaları, sklerozdan qoruyur, ürək damarlarının tutulması zamanı faydalıdır.
Lazım olan ərzaqlar:
-Təzə zəncəfil -250 qram
-Kərəviz kökü 750 qram
-Təzə limon(qabığı ilə birlikdə) 500 qram
-Bal 1 kq
Hazırlanması:
Məhsullar yaxşı-yaxşı yuyulur, ət çəkəndən keçrilir, bal ilə qarışdırılıb şüşə balonuna tökülür və soyuducuya qoyulur. 1 həftə saxlanılır. Gündə 1 dəfə qarışdırılır. 1 həftədən sonra gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1-2 xörək qaşığı içilir. Məhsullar hamısı təzə olmalıdır. (medicina.az)