Ləkdə yetişdirilən bostan bitkisi olan vəzəri sürətlə inkişaf edir və əkiləndən iki həftə sonra onu dərib yemək olar. Soyuğa davamlı olduğuna görə onu ilin bütün fəsillərində yetişdirmək mümkündür. Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, vəzərinin tərkibində olan maddələr dad reseptorlarını qıcıqlandırır və iştahı artırır. Həmçinin tərkibində olan kükürd həzmi normallaşdırır. Onun tərkibində yüksək miqdarda olan C vitamini ağızda olan yara və xoraların sağalmasını sürətləndirir, kalium və natrium orqanizmdə maye balansını və ürək ritmini tənzimləyir.
Vəzərinin köklərini kəsəndən sonra təxminən 10 dəqiqə üçün birə nisbətində hazırlanmış sirkəli və limonlu su məhlulunda saxlayanda üzərində olan parazitlər tələf olur.
Bitkinin yarpaqları ilə yanaşı, toxumlarından da istifadə edilir. Toxumlarında olan doymamış yağ turşuları beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, metobolizmi sürətləndirir, həmçinin qanda şəkəri tənzimləyir.