Güclü immunitetin zərurətə çevrildiyi zamanda ən çox nələrə diqqət yetirmək lazımdır? Mütəxəssislər sink qəbulunun immunitet üçün ən gözəl vasitə olduğu qənaətindədir. Nədənsə, bu mikroelement sağlamlığının qeydinə qalan insanlar arasında o qədər də "populyar" deyil. Ama unutmamaq lazımdır ki, sink çatışmazlığı maddələr mübadiləsini mürəkkəb şəkildə pozmağa qadirdir ; bundan da ən çox immun sistemi təsirlənir. Sink zülallar və DNT istehsalı üçün, əzələlərin böyüməsi və bərpası üçün, dad və qoxu hissi üçün, həmçinin yaraların sağalmasına kömək edir, immun sisteminin bakteriya və viruslarla mübarizəsində çox effektivdir, həzmi yaxşılaşdırır və hormonların istehsalını tənzimləyir.
Çoxsaylı klinik tədqiqatlar göstərir ki, sink kataral xəstəliyin başlanmasından sonrakı ilk günlərdə dərhal qəbul olunarsa, orqanizm daha sürətli bərpa olur. Mütəxəssislər hesab edirlər ki, orqanizmdə kifayət qədər sink olması virusların yayılmasına mane ola bilər, çünki sink virus patogenlər üzərində qoruyucu bir membran meydana gəlməsini stimullaşdırır, bu da onların tənəffüs yollarında selikli qişalara daxil olmasının qarşısını alır.
Sink üçün hansı qidalar qəbul etmək lazımdır?
Ən çox sink dəniz məhsullarındadır: 100 qr - 60 mq, sonra dana qaraciyəri 100 qr-15-16 mq, göyərti (13 mq), qırmızı ət (quzu, donuz əti, mal əti) - 7-9 mq. Vegan və vegeterianlara günəbaxan tumları, balqabaq, şam qoz-fındıq, küncüt toxumu, mərci, soya kimi məhsullardan daha çox istifadəni tövsiyə edirik. Onların tərkibində sinkin miqdarı 100 qr - 3,8-dən 5,5 mq-a qədərdir, lakin bir "əmma" var: bitki məhsullarından olan sink ət və dəniz məhsulları ilə müqayisədə daha zəif həzm olunur.
Orta hesabla bir orta yaşlı insanın gündə 40 mq-a qədər sink, yeniyetmə 30 mq, uşağın isə 15-dən 20 mq-a qədər sink ehtiyacı var . "Çox yaxşı - həm də çox pisdir" qaydası həmişə keçərlidir. Yəni unutmayın ki, həm sinkin çatışmazlığı, həm də sinkin normadan artıq olması orqanizm üçün çox pis nəticələrə gətirib çıxardır. Xəstələnmək qorxusu ilə yalnız sink tərkibli məhsullardan istifadə düzgün deyil.