Xərçəng xəstəliyinə səbəb olan məhsulların siyahısı tərtib edilib.
Foodinfo.az xəbər verir ki, siyahı Harvard Tibb Fakültəsinin alimləri tərəfindən hazırlanıb.
Ekspertlər hesab edirlər ki, marqarin və hazır şorbalarda xərçəng yaradan maddələr olur. Qeyd edilir ki, marqarin ürək xəstəlikləri ehtimalını 53 faiz artırır.
Emal olunmuş – kolbasa və sosislərin tərkibindəki nitrit və natrium xərçəngə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı bu məhsulların siqaretlə eyni miqdarda kanserogen maddə tərkibli olduğunu açıqlayıb.