İnək südündə zülal və kalsium vardır, lakin inəyin südü onun balasının orqanizmi üçündür. İnsan orqanizmi onu yaxşı mənimsəmir. Əgər süd sağılırsa, o artıq oksigenlə təmasdan dəyişir, zülal turşuyur, bu isə bizin orqanizmimizə heç lazım deyil. Bəs nə etməli? Heç bir şey. Təbiətin qanunları ilə gedib, inək özü zülalı, kalsiumu hardan alırsa, biz də o mənbədən almalıyıq. Axı inək özü süd içmir. Foodinfo.az medicina.az-a istinadən tərkibinə görə inək südündən geri qalmayan, əsl zülal və kalsium mənbəyi olan yaşıl süd iksiri reseptini təqdim edir. İspanaq - 10 dəstə Kahı 1 dəstə Nanə təzə - bir dəstə Su - 2stəkan Göyərtilər yuyulur, suyu süzülür, blenderə qoyulub, üzərinə otaq hərarətində su alınır. Blenderdən keçirilib, sonra tənzifdən süzülür və elə təzə-təzə içilir. Bu içki sizin hüceyrələrinizi zülalla təmin edib, immunitetinizi möhkəmləndirəcək.