Hipertoniya - yüksək təzyiq 40 yaşdan sonra bir çox insanların yol yoldaşıdır. Gizli qatil adlandırılan təzyiqi dərmanla yanaşı xalq metodları, bitki və hətta quru meyvələrlə də salmaq mümkündür.
Foodinfo.az medicina.az-a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələrin siyahısını təqdim edir.
1. Quru əncir - kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir.
2. Kişmiş - suyu və özü təzyiqi salır. Qanı artırır.
3. Qara gavalı - böyrəklərin işini tənzimləyir ki, bu da ürəyə düşən təzyiqi azaldır.
4. Ərik qurusu - ürəyin birinci dərmanıdır.