ABŞ-ın Harvard Universitetinin mütəxəssisləri insan orqanizmi üçün zərərli olmayan yumurta miqdarını müəyyən etmək üçün araşdırma aparıblar. Foodinfo.az Teleqraf.com-a istinadən bildirir ki, araşdırmada məqsəd bu suala aydınlıq gətirəmk olub: Bir gündə neçə yumurta yemək orqanizm üçün təhlükəli deyil?
34 il davam edən araşdırmaya 200 min insan cəlb olunub.
Alimlər yumurtadan istifadə etməyin ürək xəstəliklərinin inkişafı üçün risk yaradıb-yaratmadığına da aydınlıq gətirməyə çalışıblar. Aydın olub ki, gündə 1 ədəd yumurta yeməyin orqanizm üçün heç bir təhlükəsi yoxdur.
Alimlərin fikrincə, səhər yeməyi zamanı 2 yumurta da yemək olar, lakin buna həftə ərzində yalnız 2-3 gün yol vermək olar.
Bundan başqa aydın olub ki, yumurta üzlü süd və qırmızı əti effektiv şəkildə əvəz edə bilər. Hansı ki, bu məhsullar ürək-damar xəstəlikləri üçün risk yaradır.
Lakin diabet xəstələrinin yumurta ilə qıdalanması onlarda ürək xəstəliklərinin inkişafına səbəb ola bilər.