40 yaşdan sonra insan orqanizmində ehtiyatlar azalır, yüngül fiziki fəaliyyət üçün güc qalmır, artıq çəki, hipertoniya, ateroskleroz, nəfəs darlığı yaranır. Amma bu o demək deyil ki, sağlam həyat tərzinə başlamaq üçün gecdir.
Foodinfo.az xəbər verir ki, endokrinoloq Aleksey Kalinçev bu barədə ətraflı danışıb.
Onun sözlərinə görə, qocalmanın müxtəlif təzahürləri 40 yaşdan sonra hər kəsdə, bir çoxlarında isə hətta 30-35 yaşdan sonra görünür.
Bu yaşda sağlam həyat tərzinə haradan başlamaq lazımdır? İnsanların çoxu idmanla başlayır, lakin bunu etmək tamamilə yanlışdır. Səhərlər qaçmaq və ya evə ən yaxın fitnes klubuna yazılıb, orada sanki 20 yaşın varmış kimi məşq etmək düzgün deyil.
Həkim məsləhət görür ki, ilk növbədə düzgün bəslənməyə keçmək ən doğrusudur. Bundan sonra isə artıq tədricən idmanla məşğul olmağa başlaya bilərsiniz.
Lakin 40-dan sonra tez-tez görünən problem həyat enerjisinin olmamasıdır. Bunu isə yalnız yaşlanma əleyhinə terapiya bərpa edə bilər.
Yaşlanma əleyhinə terapiya hormonal-metabolik qıtlıq nəticəsində yaranan bütün çatışmazlıqların kompensasiyası deməkdir. Çox vaxt həm kişilərdə, həm də qadınlarda D vitamini çatışmazlığı, gizli anemiya, hipotireoz, testosteron çatışmazlığı yaranır. Perimenopauzada olan qadınlarda progesteron çatışmazlığı, postmenopauzada isə estradiol çatışmazlığı müşahidə olunur. Artıq çəki də insulin dirəncinin kompensasiyasını tələb edir.
Lakin sağlam həyat tərzi yaşla yox olan hormonları geri qaytarmayacaq, buna görə də onlar bədənə daxil edilməlidir.
Kaliçnev sağlamlıqda dəyişiklikləri məhz yaşlanma əleyhinə terapiya ilə başlamağı tövsiyə edir və yalnız bundan sonra güclü və sağlam bir bədən qurmaq üçün vacib olan sağlam qidalanma və idmanı əlavə etmək yaxşı olar.