Dünyada 1,5 milyard insan piylənmədən əziyyət çəkir. Foodinfo.az bu barədə “Yeniçağ” qəzetinə istinadən xəbər verir.

Qeyd olunur ki, piylənmə əslində Qərbin problemi kimi ortaya çıxsa da, artıq qlobal xarakter alıb. 


“Uşaqlarda, hətta qidalanma problem olan və aclıqdan əziyyət çəkən ölkələrdə belə piylənmədə artım görülür”, - deyə Türkiyəli professor Tarık Zafer Nursal bildirib. 


Qeyd olunur ki, piylənmənin əsas səbəbləri düzgün qidalanmama, həddən artıq yağlı yeməklərə üstünlük vermək, hərəkətsizlik və s. səbəblərdir.

Fərid