İsveçin Stokholm şəhərində yerləşən Karolinka İnstitutu və Polşadakı Yagiellon Universiteti tərəfindən aparılan araşdırmalar göstərib ki, görmə məhdudiyyəti olan insanlar ürək döyüntülərini və daxili orqanların siqnallarının daha yaxşı hiss edə bilirlər. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Habertürk”də qeyd olunub. 

Araşdırmaya hər iki qrupdan müvafiq olaraq 36 nəfər cəlb olunub. Onlardan əllərini ürək nahiyəsinə yaxınlaşdırmadan ürək döyüntülərini saymaları istənilib. Araşdırmaya rəhbərlik edən Dominik Radziun bildirib ki, insan orqanizmində bir hissin itirilməsi digər bir hissin daha qabarıq şəkildə ön plana çıxmasına səbəb ola bilər. 

“Araşdırmalar bizə beynin üzərində işləməyin mümkünlüyü və bir hissin itirilməsinin digər bir funksiyanı necə gücləndirə biləcəyi barədə mühüm məlumatlar verir”, - deyə ekspert qeyd edib.