Avropanın səkkiz ölkəsində "Meymun çiçəyi"nə yoluxma halları qeydə alınıb. Foodinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge bildirib. Klüge, infeksiyaların Avropada və ondan kənarda coğrafi yayılmasının bir müddət davam edə biləcəyini söyləyib. ÜST-nin regional direktoru əlavə edib ki, qeydə alınan infeksiyaların əksəriyyəti hələ də yüngül formadadır. Eyni zamanda ÜST rəsmisi xəstəliyin, xüsusilə, azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda daha ağır keçə biləcəyini qeyd edib. Bu günə qədər ÜST Avropa regionunda ən azı səkkiz ölkədə - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada meymun çiçəyinə yoluxma halları barədə məlumat verib.