Bu ilin yanvar ayı ərzində Azərbaycan 42 036,55 min ABŞ dolları dəyərində 37 518,26 ton meyvə-tərəvəz ixrac edib. Foodinfo.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, dəyər ifadəsində meyvə-tərəvəz ixracında 3,2%-lik, miqdar ifadəsində isə 21%-lik azalma qeydə alınıb. Ölkə üzrə cəmi ixracın 1,97%-ni, qeyri-neft ixracının isə 29,86%-ni məhz bu məhsullar təşkil edib. Hesabat dövründə tomat ixracı 13 249,19 min dollar, meşə fındığı 11 393,46 min dollar, xurma ixracı 10 604,34 min dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tomat ixracı 26,3% artıb, fındıq ixracı 7,12%, xurma ixracı isə 15,8% azalıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan ümumilikdə 2 130 205,34 min dollar dəyərində 1 073 çeşiddə mal ixrac olunub. Hesabat ayında ölkədən qeyri-neft ixracının həcmi isə 140 796,29 min dollar təşkil edib.