2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana 429 min 806,1 ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,1% çoxdur. Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $154 milyon 660,2 min (artım 49%) təşkil edib. İyul ayında $11 milyon 694,4 min dəyərində 29,057 min ton buğda (2022-ci ilin iyun ayında $18 milyon 916,4 min dəyərində 45,123 min ton) idxal edilib. Beləliklə, Azərbaycanın iyul ayında aldığı buğdanın qiyməti bir ton üçün $402,46 təşkil edib. Bütövlükdə, yanvar-iyul aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $359,8 olub. Hesabat dövründə Azərbaycana $85 milyon 760,2 min dəyərində (artım 3,5%) 158,191 min ton şəkər xammalı və şəkər (azalma 12,7%), $111 milyon 896,5 min dəyərində (artım 5%) 67,725 min ton bitki yağı (azalma 12,9%), $42 milyon 177,6 min dəyərində (artım 14,2%) 8,427 min ton çay (azalma 3,5%), $68 milyon 401 min dəyərində (artım 52,3%) 12,031 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 32,9%) idxal edilib. Bununla yanaşı, respublikaya $6 milyon 515,9 min dəyərində (azalma 52,5%) 1,454 min ton iribuynuzlu heyvan əti (azalma 60,6%), $29 milyon 197,3 min dəyərində (artım 45,7%) 19,397 min ton quş əti və quş əti məhsulları (artım 22,2%) idxal edilib. Hesabat dövründə Azərbaycana $82 milyon 738,5 min dəyərində (artım 10,9%) 87,893 min ton meyvə (artım 10,6%), $12 milyon 740,8 min dəyərində (azalma 14,8%) 21,191 min ton tərəvəz (azalma 28,3%), $30 milyon 538,1 min dəyərində (artım 17,5%) 110,337 min ton kartof (artım 6,1%) idxal edilib. Yanvar-iyul aylarında ölkədən $144 milyon 382,4 min dəyərində (artım 1,9%) 128,305 min ton tərəvəz (azalma 7,4%), $187 milyon 791,1 min dəyərində (artım 25,7%) 130,617 min ton meyvə (artım 7%), $35 milyon 59,2 min dəyərində (azalma 12%) 78,156 min ton kartof (azalma 14,9%) ixrac edilib. Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $10 milyon 384 min dəyərində (azalma 50,1%) 15,911 min ton şəkər (azalma 60,3%), $11 milyon 242,8 min dəyərində (artım 14,7%) 6,163 min ton bitki yağı (azalma 21,4%) ixrac edilib. Yanvar-iyul aylarında Azərbaycan $8 milyon 3,6 min dəyərində (azalma 16,3%) 6,355 min ton meyvə və tərəvəz şirələri (azalma 19%), $1 milyon 988,6 min dəyərində (azalma 7,8%) 119,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 15,2%), $4 milyon 648 min dəyərində (azalma 8,2%) 3,91 min ton meyvə və tərəvəz konservləri (azalma 12,7%), $12 milyon 37 min dəyərində (artım 3,3 dəfə) 3,705 min ton tütün (artım 2,6 dəfə) ixrac edib.