Daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarət gücləndiriləcək. Foodinfo.az xəbər verir ki, bununla bağlı məsələ Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılmasına həsr olunan müşavirədə geniş müzakirə olunub. Müşavirədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.